Türkiyədə keçmiş polis rəisinin həyat yoldaşı və qızı yanğın nəticəsində ölüb

Türkiyədə keçmiş polis rəisinin həyat yoldaşı və qızı yanğın nəticəsində ölüb Yanğının səbəbi araşdırılır
Region
20 Dekabr , 2018 13:35
Türkiyədə keçmiş polis rəisinin həyat yoldaşı və qızı yanğın nəticəsində ölüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin Konya əyalətinin keçmiş polis rəisi Cemalettin Ertemin həyat yoldaşı Cahidan və qızı Hülya binada baş verən yanğın nəticəsində ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilən fövqəladə xidmətin əməkdaşları yanğını söndürüblər.

Bildirilib ki, hadisə Kadıköy rayonunun Kozyatağı məhəlləsinin Hilmi Paşa küçəsində baş verib.

Yanğının səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi