Konyada bazar uçub, dağıntılar altında qalanlar var

Konyada bazar uçub, dağıntılar altında qalanlar var Məlumata görə, 4 nəfər yaralanıb
Region
5 Yanvar , 2017 11:59
Konyada bazar uçub, dağıntılar altında qalanlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin Konya əyalətinin Akşehir rayonunda bazarın damının çökməsi nəticəsində 4 nəfər ağır yaralanıb.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, həmin bölgəyə güclü qar yağıb və bazarın damı qarın ağırlığına davam gətirməyərək uçub.

Uçqun altında qalanların olduğu bildirilib. 

Məlumata görə, rayon icra başçısı Yalçın Sezgin hadisə yerinə gedib. 

Son xəbərlər

Orphus sistemi