Komitə sədri: "ABŞ Rusiyaya müttəfiqlərinin çox olduğunu göstərməlidir"

Komitə sədri: "ABŞ Rusiyaya müttəfiqlərinin çox olduğunu göstərməlidir" “ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə danışıq zamanı əzələ nümayiş etdirməyə cəhd göstərməməlidir”.
Region
6 Dekabr , 2021 12:47
Komitə sədri: ABŞ Rusiyaya müttəfiqlərinin çox olduğunu göstərməlidir

“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə danışıq zamanı əzələ nümayiş etdirməyə cəhd göstərməməlidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı qüvvələrin işi üzrə komitəsinin sədri Adam Smit bildirib.

“Vladimir Putini əzələ oynatmaqla Şərqi Avropada hərbi yolla onlara qarşı müqavimət göstərəcəyimizə və qələbə qazanacağımıza inandırmağa cəhd etmək olmaz. ABŞ Rusiyaya göstərməlidir ki, çox sayda müttəfiqi var və rəsmi Moskvanı iqtisadiyyatı bahasına məcbur etməyə hazırdırlar", - o qeyd edib.

Konqresmen deyib ki, ən təsirli vasitə Ukraynaya hərbi yardımın göstərilməsi və Rusiyanın sanksiyalarla hədələnməsi olar: "Hərbi əməliyyat təhlükəsi Rusiyanı təhrik edə və ya ilk növbədə hərəkətə keçməyə bəhanə verə bilər. Amerikalılar Rusiya ilə döyüşmək istəmir. Bunu nəinki mən, heç Amerika xalqı da istəmir”.

Qeyd edək ki, dekabrın 7-də ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında onlayn formatda danışıq olacaq.

Son xəbərlər

Orphus sistemi