Ukraynanın XİN başçısı istefa verib

Ukraynanın XİN başçısı istefa verib Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefası ilə bağlı ərizə yazıb.
Region
17 May , 2019 16:30
Ukraynanın XİN başçısı istefa verib

Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefası ilə bağlı ərizə yazıb.

“Report” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsindək videomüraciətində bildirib.

“Vəd verdiyim kimi, indicə istefa ərizəsini yazdım”, - o vurğulayıb.

P.Klimkin parlament seçkilərində iştirak etmək niyyətində olduğunu da açıqlayıb.

Qeyd edək ki, bu yaxınlarda o, yeni seçilən Prezident Vladimir Zelenski ilə işləmək üçün şərtlər irəli sürmüşdü.

Son xəbərlər

Orphus sistemi