Kiyevin raket atəşinə məruz qalan yaşayış massivindən - FOTOREPORTAJ

Kiyevin raket atəşinə məruz qalan yaşayış massivindən - FOTOREPORTAJ Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinin Svyatoşinsk və Şevçenkovsk rayonlarını “Qrad” sistemlərindən raket atəşinə tutublar.
Region
270
23 Mart , 2022 15:11
Kiyevin raket atəşinə məruz qalan yaşayış massivindən - FOTOREPORTAJ

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinin Nivki rayonunu “Qrad” sistemlərindən raket atəşinə tutublar.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, raketlərdən bir çoxu göydə zərərsizləşdirilib.

Bir neçəsi isə yerə düşərək dağıntı yaradıb. Nəticədə yaşayış binası zədələnib, bir neçə nəfər yaralanıb.

Rusiya ordusu ticarət mərkəzi, fərdi yaşayış evləri və çoxmərtəbəli binaları da atəşə məruz qoyub. Yanğınların qarşısı alınıb. Ticarət mərkəzi və iki fərdi ev zədələnib.

Məlumata görə, ruslar daha çox dağıntıya nail olmaq üçün “Qrad” mərmisinin içərisinə xüsusi maddə əlavə ediblər.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı Kiyevin raker zərbələrinə məruz qalan Nivki yaşayış massivinin Şerbakievskoye küçəsinə baş çəkib, fotoreportaj hazırlayıb.

Son xəbərlər

Orphus sistemi