Kiyevdə tikinti şirkətinin binası qumbaraatanla atəşə tutulub

Kiyevdə tikinti şirkətinin binası qumbaraatanla atəşə tutulub Bakı. 13 aprel. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə naməlum şəxs tikinti şirkətinin binasına qumbaraatanla atəş açıb.
Region
13 Aprel , 2018 09:39
Kiyevdə tikinti şirkətinin binası qumbaraatanla atəşə tutulub

Bakı. 13 aprel. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə naməlum şəxs tikinti şirkətinin binasına qumbaraatanla atəş açıb.

“Report” “Qromadske”ə istinadən xəbər verir ki, atəş açan şəxs şirkətin satış bölməsini hədəf alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Kiyevdə “Lesnaya” metro stansiyasının yaxınlığında yerləşən ictimai nəqliyyat dayanacağında naməlum şəxsin qumbara partlatması nəticəsində bir nəfər yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi