Uraynanın paytaxtı Kiyevin Podolsk rayonunun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Yerli vaxtla saat 02:18-də (Bakı vaxtı ilə saat 04:18) yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1 500 kv.m olan yanğın lokallaşdırılıb. Hazırda yanğının tam söndürülməsi davam edir.
Dövlət Fövqəladə Hallar Xidməti qeyd edir ki, hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.
"4 nəfər hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Məlumat dəqiqləşdirilir", - xilasedicilər bildirib.
Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonunda bir neçə partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukraina” paytaxtın meri Vitali Kliçkoya istinadən məlumat yayıb.
Məlumata görə, partlayışlar nəticəsində yanğın başlayıb. İndiyədək bir nəfərin öldüyü bildirilir.
"Xilasedicilər paytaxtın Podolski rayonundakı ticarət mərkəzlərindən birinin ərazisində baş vermiş güclü yanğını aradan qaldırır. Hazırda bir nəfər ölüb. Bütün xidmətlər - xilasedicilər, həkimlər, polis hadisə yerində işləyir. Məlumat dəqiqləşdirilir”, - mer bildirib.
Digər mətbu orqanlar isə Rusiyanın Ukraynanın paytaxtına raket zərbəsi endirdiyini xəbər verib. Qeyd edilir ki, hücumdan sonra ticarət mərkəzində yanğın başlayıb. Eyni zamanda bir neçə avtomobil yanıb.