Kiyevdə partlayış olub, iki nəfər yaralanıb

Kiyevdə partlayış olub, iki nəfər yaralanıb Ukrayna Təhlüksizlik Xidməti müstəqillik günündə hətta terror aktının ola biləcəyi ilə bağlı məlumat aldığını bildirmişdi
Region
24 Avqust , 2017 16:25
Kiyevdə partlayış olub, iki nəfər yaralanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdəki Qruşevski küçəsində, Nazirlər Kabinetinin binası ilə “Dinamo” stadionunun arasında naməlum əşyanın partlaması nəticəsində iki nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyevin kommunikasiya polisi məlumat yayıb.

Yaralı qadın və kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış ilə bağlı araşdıma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Təhlüksizlik Xidməti müstəqillik günündə təxribat və hətta terror aktının ola biləcəyi ilə bağlı məlumat aldığını bildirmişdi.

Xatırladaq ki, avqustun 24-də Ukrayna müstəqillik gününü qeyd edir. ABŞ-ın müdafiə naziri Ceyms Mettis bununla bağlı Ukraynaya səfər edib.

Son xəbərlər

Orphus sistemi