Kiyevdə Konstitusiya Məhkəməsinin binası yaxınlığında mitinq keçirilir

Kiyevdə Konstitusiya Məhkəməsinin binası yaxınlığında mitinq keçirilir Ukrayna paytaxtı Kiyevdə bu gün Ali Radanın buraxılmasının qanuniliyi məsələsinin nəzərdən keçirilməyə başlanılacağı Konstitusiya Məhkəməsinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
Region
11 İyun , 2019 12:37

Ukrayna paytaxtı Kiyevdə bu gün Ali Radanın buraxılmasının qanuniliyi məsələsinin nəzərdən keçirilməyə başlanılacağı Konstitusiya Məhkəməsinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Ukrayna Konstitusiya Məhkəməsi bu gün ölkə Prezidenti Vladimir Zelenskinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərmanının qanuniliyinin yoxlanmasını istəyən 62 deputatın müraciəti əsasında məsələni nəzərdən keçirməyə başlayacaq. 

V.Zelenski məhkəmə iclasına gələcəyini açıqlayıb. 

Mitinq iştirakçıları Ukrayna prezidentinin Ali Radanı buraxmaq fərmanı verməklə Konstitusiyanı kobud şəkildə pozduğunu iddia edirlər. Nümayişçilər Konstitusiya Məhkəməsinin binası önündəki böyük Ukrayna bayrağı açıblar.

Xatırladaq ki, V.Zelenski andiçmədən sonra Ali Radanın səlahiyyətinin erkən sona çatdırılması və iyulun 21-də növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. Xalq Cəbhəsi və Radikal Partiyadan olan bir neçə deputat bu qərardan narazı qalaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi