KİV: Ukrayna, Gürcüstan və Moldova hərbi ittifaq yaradır

KİV: Ukrayna, Gürcüstan və Moldova hərbi ittifaq yaradır Ukraynanın xarici işlər naziri hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib
Region
10 Fevral , 2021 13:27
KİV: Ukrayna, Gürcüstan və Moldova hərbi ittifaq yaradır

ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Məlumatlara əsasən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib: “Üçtərəfli birlik ideyasına gəlincə, mən ABŞ-ın dövlət katibi Toni Blinkenə dedim ki, ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynaya etibarlı tərəfdaş kimi arxalana bilər. Sizi inandırıram ki, Ukrayna, Gürcüstan və Moldova bu istiqamətdə fəal hərəkət edirlər”.

Məsələyə münasibət bildirən gürcü hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə müsahibəsində hərbi ittifaq ideyasının yeni olmadığını deyib: “Bu, GUAM formatına bənzəyir. Hesab edirəm ki, bu təşkilat hərbi deyil, qeyri-rəsmi olacaq”.

Ekspertin fikrincə, ittifaqın mahiyyəti qarşılıqlı hərbi yardım göstərməkdən ibarət ola bilər: “Lakin şübhə edirəm ki, Moldova hərbçilərini bu formata cəlb etmək mümkün olsun. Belə ki, ölkə Konstitusiyasında daimi neytrallıq barədə bənd var. Birliyin Gürcüstan və Ukrayna arasında yaradılması mümkünlüyü daha çoxdur. Lakin ölkələr arasında hazırkı münasibətləri nəzərə alsaq, bunun mümkünlüyü şübhə doğurur”.

Son xəbərlər

Orphus sistemi