“Taxıl sazişi”nin dayandırılmasının nəticələri fəlakətli ola bilər".
“Report” xəbər verir ki, bunu “The Financial Times” qəzeti yazıb.
Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılmasının mümkün nəticələrini analiz edən iqtisadçı və analitiklər bildiriblər ki, bu, fəlakətli ola bilər. Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn nəşrə deyib ki, “Taxıl sazişi”indən imtina bütün dünya üçün risk yaradır.
Ekspertin sözlərinə görə, Qara dənizdə Rusiya və Ukrayna taxılına əvəz mövcud deyil. Digər analitiklər hesab edirlər ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayanması dünya bazarında taxılın qiymətlərinin artmasına səbəb ola bilər. Bu da Rusiyaya sanksiyalardan dəyən ziyanı kompensasiya edə bilər.
CRU konsaltinq firmasının kənd təsərrüfatı və gübrə üzrə analitiki Entoni Rizzo hesab edir ki, əgər Rusiya Ukrayna taxılını bazardan yığışdıra bilsə, o zaman onun böyük fürsəti olacaq.