Rusiya Ukraynanın Xarkov şəhərinin təslim edilməsinə çalışır.
“Report” xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Bildirilib ki, Rusiya bunun üçün pilotsuz uçuş aparatları ilə şəhərə intensiv hücum edir: “Müharibənin birinci ilində Rusiya qoşunları Xarkovdan qovulmuşdu. İndi isə onlar şəhəri yenidən ələ keçirmək üçün çalışırlar. Rusiya Xarkovu ələ keçirməyin yeganə yolunun onu məhv etmək olduğunu düşünür”.
Qeyd edək ki, 2024-cü ilin fevralından bəri Xarkov intensiv hücuma məruz qalır.