KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar"

KİV: "Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar" Ermənistan daxilində baş nazir Nikol Paşinyanın və hakim Mülki Müqavilə Partiyasının reytinqi kəskin şəkildə aşağı düşüb.
Region
30 May , 2023 12:42
KİV: Paşinyanın partiyasından olan deputatlar vətəndaşları Azərbaycanla sülh müqaviləsi barədə məlumatlandırırlar

Ermənistan daxilində baş nazir Nikol Paşinyanın və hakim Mülki Müqavilə Partiyasının reytinqi kəskin şəkildə aşağı düşüb.

“Report” xəbər verir ki, bunu Ermənistanın "Joqovurd" nəşri yazıb.

Bildirilib ki, hazırkı vəziyyət siyasi təşkilatın daxilində narahatlığa səbəb olub. Ona görə də hakim partiyadan olan deputatlar fəallaşıblar.

Onlar müxtəlif bölgələrə səfər edib, yerli sakinlərlə görüşərək itirilmiş reytinqlərini bərpa etmək istəyirlər.

Qeyd olunub ki, deputatlar yerli sakinlərlə həm də Azərbaycanla sülh müqaviləsinə dair müzakirələr aparırlar.

Son xəbərlər

Orphus sistemi