KİV: Paşinyan ordunun real vəziyyətinin ortaya çıxmasından qorxur

KİV: Paşinyan ordunun real vəziyyətinin ortaya çıxmasından qorxur Atəşkəslə bağlı bəyanatın imzalanmasından 21 gün keçməsinə baxmayaraq Ermənistan hökuməti silahlı qüvvələrə məcburi hərbi xidmətlə bağlı yeni çağırış elan etməyib.
Region
2008
30 Noyabr , 2020 12:23
KİV: Paşinyan ordunun real vəziyyətinin ortaya çıxmasından qorxur
Nikol Paşinyan
0 : 00
0 : 00

Atəşkəslə bağlı bəyanatın imzalanmasından 21 gün keçməsinə baxmayaraq Ermənistan hökuməti silahlı qüvvələrə həqiqi hərbi xidmətlə bağlı yeni çağırış elan etməyib.

“Report” xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

“Bizim məlumatımıza görə bunun üçün hakimiyyətin bir neçə bəhanəsi var. Onlar qorxur ki, indiki ağır şəraitdə ordunun vəziyyəti barədə hamı həqiqəti bilər və Nikol Paşinyanın yalanlarının üstü açılar.

O biri tərəfdən müxalifətdə olan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan da daxil olmaqla çoxlu sayda müxalifətçiyə çağırış göndərilsə də, hələ ki onları uzun müddətdir orduya aparmayıblar.

Ona görə belə qənaətə gəlmək olar ki, hakimiyyət çağırışdan özünəməxsus siyasi alət kimi istifadə edir. Belə ki, hökumət insanları çağırışla hədələyir, “girov” kimi götürərək onların siyasi proseslərdə iştirakına imkan vermir”, - məqalədə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi