KİV: Kaxa Kaladze siyasətdən gedir

KİV: Kaxa Kaladze siyasətdən gedir Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze hakim Gürcü Arzusu Partiyasını tərk etməyi planlaşdırır
Region
128
6 Aprel , 2021 14:06
KİV: Kaxa Kaladze siyasətdən gedir
Kaxa Kaladze

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze hakim Gürcü Arzusu Partiyasını tərk etməyi planlaşdırır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli "Formula" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, o, siyəsətdən də getmək və uğurlu futbol karyerasının dövründə yaşadığı Milan şəhərinə köçmək niyyətindədir.

Qeyd edək ki, K.Kaladzenin səhhətində bu yaxınlarda problem yaranıb. İşemik genezli koxlear-vestibulyar disfunksiya diaqnozu qoyulan mer xəstəxanada müalicə olunub.

43 yaşlı K.Kaladze 2017-ci ilin payızında Tbilisinin meri seçilib. Bundan öncə o, Gürcüstanın energetika naziri olub. K.Kaladze əvvəllər İtaliyanın "Milan" futbol komandasının uğurlu futbolçusu olub və onun şərəfini 284 matçda qoruyub.

Son xəbərlər

Orphus sistemi