KİV: Gürcüstan MSK-nın sədri istefa verib

KİV: Gürcüstan MSK-nın sədri istefa verib Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya istefa verib
Region
19 Fevral , 2021 12:19
KİV: Gürcüstan MSK-nın sədri istefa verib
Tamar Jvaniya

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu yerli mətbuat yazıb.

MSK yayılan informasiyaları təkzib edib. Bildirilib ki, T.Jvaniya MSK sədri kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, ötənilki parlament seçkilərindən sonra müxalifət MSK sədrinin istefasını tələb edib. T.Jvaniya 2013-cü ildən bu vəzifəni tutur.

Son xəbərlər

Orphus sistemi