KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir

KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir Ermənistanda hakim Mülki Müqavilə Partiyası parçalanır.
Region
29 Mart , 2024 11:49
KİV: Ermənistanın hakim partiyası parçalanır, ən yaxın adamı Paşinyana etiraz edir

Ermənistanda hakim "Mülki müqavilə" Partiyası parçalanır.

“Report” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, partiya daxilində əvvəlki birlik yoxdur: “İki əks-qütb yaranır: Nikolistlər və Qriqoryanlar. Söhbət ondan gedir ki, həmişə qərbyönümlü siyasəti ilə seçilən, Rusiya əleyhinə bəyanatlar verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu dəfə baş nazir Nikol Paşinyanın Avropaya meyl etmək siyasətinə qarşı çıxır”.

Nəşrin məlumatına görə, o, müzakirələr zamanı Ermənistanın Rusiyadan uzaqlaşmasının mənfi nəticələrini faktlarla təqdim edir: “Armen Qriqoryanın fikincə, Ermənistanın inkişafı regional əməkdaşlıq formatında mümkündür və bu məsələdə Rusiya mühüm rol oynayır”.

Son xəbərlər

Orphus sistemi