KİV: Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək

KİV: Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək Avropa İttifaqı Belaruusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zirakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.
Region
7 Sentyabr , 2020 15:54
KİV: Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Belarusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zorakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatik mənbələrə görə, məhdudlaşdırıcı tədbirlər görüləcək 31 yüksək vəzifəli şəxs arasında Belarus xarici işlər naziri Yuriy Karayev də var.

Belə ki, dünən nazir ölkəsinin polisini “dünyanın ən humanist və təmkinli” olaraq səciyyələndirib.

Eyni zamanda hələ tam qətiləşməyən həmin siyahının ilkin variantında prezident Aleksandr Lukaşenkonun adı yoxdur.

İqtisadi sanksiyaların tətbiqi Aİ ölkələrinin xarici işlər nazirləri arasında sentyabrın ayın 21-nə nəzərdə tutulan görüş zamanı qərarlaşdırıla bilər. Sanksiyalar ertəsi gün qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi