Ərdoğan: “Heç kimin 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”

Ərdoğan: “Heç kimin 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur” “Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”.
Region
8 Aprel , 2019 12:07
Ərdoğan: “Heç kimin 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/Umit Bektas

“Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməzdən əvvəl Ankarada Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında bildirib.

O, martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı sualları cavablandırıb: “Ürəklərinin sakit olması üçün qanuni olaraq, müraciət ediləcək yerlər rayon, əyalət seçki məntəqələri, dairələri və Mərkəzi Seçki Komissiyasıdır. Nəticələrdən şikayət vermək üçün qanunla müəyyənləşdirilən müddət var. Nə vaxt bu müddət başa çatarsa onda nəticəni gözümüz üstündə qəbul edərik”.

Müxalif Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu aprelin 8-də Ankarada keçirdiyi mətbuat konfransında “Millət ittifaqı”nın İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Əkrəm İmamoğlunun 15 min 722 səslə qalib gəldiyini vurğulayıb. O, etibarsız bülletenlərin 92,3 faizinin sayıldığını bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Rəsmi formada təsdiqlənməyən məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhurriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.  

Rəsmi olmayan məlumata görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrem İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 322 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. İndiyə qədər həmin bülletenlərin 90 faizi sayılıb. Aprelin 8-də səhərə saatlarında verilən açıqlamaya əsasən, Əkrəm İmamoğul 4 milyon 171 min 216 səs, Binəli Yıldırım isə 4 milyon 155 min 393 səs toplayıb. Bu məlumata görə, namizdələr arasında səs fərqi 15 min 823 olub.

Xatırldaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhurriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı “Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

Son xəbərlər

Orphus sistemi