KİV: Sarqsyan Ermənistan baş nazirini istefaya göndərəcək

KİV: Sarqsyan Ermənistan baş nazirini istefaya göndərəcək Ermənistan qəzeti, həmçinin baş prokuror Gevorq Kostanyanın da vəzifəsindən istefa verdiyini yazıb
Region
4 Avqust , 2016 14:19
KİV: Sarqsyan Ermənistan baş nazirini istefaya göndərəcək

Bakı. 4 avqust. REPORT.AZ/ "Ermənistanın hökumət dairələrində ölkə hökumətinin və baş nazir Ovik Abramyanın tezliklə istefaya göndəriləcəyi barədə söz-söhbətlər dolaşır".

"Report" xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazıb.

Nəşr xatırladıb ki, Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvləri təslim olduqdan sonra prezident Serj Sarqsyan Milli razılıq hökumətinin formalaşması haqqında bəyanatla çıxış edib.

"Bu amil hazırkı hökumətin istefaya göndəriləcəyi fikrini yaradır. Amma Sarqsyanın belə hallardakı strategiyasını nəzərə alsaq, o, kəskin dəyişikliklərə gedən deyil. Müəyyən fasilə verib, sonra addımlar atacaq", - məqalədə deyilir.

Bununla yanaşı, Ermənistanın "Qraparak" qəzeti öz mənbələrinə istinadən, Ermənistan baş prokuroru Gevorg Kostanyanın vəzifəsindən istefa verdiyini yazıb. Qəzetin məlumatına görə, bu qərarın səbəbləri hələlik məlum deyil. Hələlik onun xələfinin kim olacağı da məlum deyil.

Son xəbərlər

Orphus sistemi