KİV: Rusiya Nikol Paşinyandan bəzi məmurların hakimiyyətdən uzaqlaşdırmasını istəyir

KİV: Rusiya Nikol Paşinyandan bəzi məmurların hakimiyyətdən uzaqlaşdırmasını istəyir Bakı. 6 sentyabr. REPORT.AZ/ “Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın hakimiyyətdə təmsil olunmasını istəmir”.
Region
6 Sentyabr , 2018 13:09
KİV: Rusiya Nikol Paşinyandan bəzi məmurların hakimiyyətdən uzaqlaşdırmasını istəyir

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Rusiya Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın hakimiyyətdə təmsil olunmasını istəmir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

“Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi kadr siyasəti ciddi problemlə üzləşib. Ermənistanda hakimiyyətdə təmsil olunan bəzi məmurlar Rusiya üçün qəbuledilməzdir. Onlar uzun illərboyu Rusiyaya, onun hakim elitasınını ünvanına təhqiredici çıxışlar edənlərdir. Belə əsas fiqurladan biri Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, o biri isə Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Rusiya onların hakimiyyətədə təmsil olunmalarını arzu etmir və bu şəxslərin vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə rəsmi Yerevana bildirib. Rusiya həmin şəxslərə etibar etmədiyini də Ermənistanın hökumət başçısının diqqətinə çatdırıb. Rusiya həmin şəxslərin iki dövlətin maraqlarına zərər vuracağını vurğulayır. Moskva qorxur ki, hərbi-siyasi xarakterli sənədlər belə məmurların vasitəsilə ABŞ-ın əlinə keçə bilər”, - qəzet vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi