KİV: Paşinyan iyulda NATO sammitinə qatılacaq

KİV: Paşinyan iyulda NATO sammitinə qatılacaq Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir.
Region
22 iyun 2018 06:24
KİV: Paşinyan iyulda NATO sammitinə qatılacaq
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.

"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi Yerevan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür", - Ermənistan hökumətndəki mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kurusunu dəyişmək niyyətində olmadığını və bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi