KİV: Moskvada bir neçə terror aktının qarşısı alınıb

KİV: Moskvada bir neçə terror aktının qarşısı alınıb İŞİD tərəfdarlarının ilk hədəfi Moskvada restoran, ikinci hədəfi isə metro stansiyasında sərnişinlər olmalı idi
Region
2 İyun , 2017 11:14
KİV: Moskvada bir neçə terror aktının qarşısı alınıb

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları mayın 25-də İŞİD-in dörd üzvünü saxlamaqla Moskvada törədiləcək bir sıra terror hücumlarının qarşısını almş olub.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" öz mənbələrinə istinadən məlumat yayıb.

Terror qruplaşmasının üzvlərinin ilk hədəfi Moskvada restoran, ikinci hədəfi isə "Tyoplıy Stan" metro stansiyasında sərnişinlər olmalı idi.

"Sifarişləri Suriyadan gələn bombalı hücumlarla terrorçular paytaxtda futbol üzrə Konfedrasiyalar Kubokunun keçirilməsinə mane olmaq istəyirdi", - qəzet yazıb.

Mənbənin məlumatına görə, terrorçuların ələ keçirilməsi üzrə əməliyyat paytaxtın Novo-Peredelkino mikrorayonunda bir-birnə yaxın yerləşən üç binada aparılıb. İŞİD tərəfdarları o binalarda mənzil kirayələyib. Onlar mənzillərdən birini terrorçular partlayıcı qurğu istehsalı sexinə çevirib.

Həmin mənzildə keçirilən axtarış zamanı avtomobil yanğınsöndürəni kimi maskalanmış hazır əldəqayırma qəlpəli-fuqas bomba aşkar edilib.

Son xəbərlər

Orphus sistemi