KİV: Kiçik kürəkəni Özbəkistan prezidentinin şəxsi mühafizəçisidir

KİV: Kiçik kürəkəni Özbəkistan prezidentinin şəxsi mühafizəçisidir Bu ilin yanvarında Otabek Şaxanıv Şavkat Mirziyeyevin təhlükəsizlik xidməti rəisinin birinci müavini təyin edilib
Region
3 Aprel , 2017 17:36
KİV: Kiçik kürəkəni Özbəkistan prezidentinin şəxsi mühafizəçisidir
CA-NEWS

Bakı. 3 aprel. REPORT.AZ/ “Özbəkistan prezidenti Şavkat Mirziyeyevin kiçik kürəkəni Otabek Şaxanovun yaxasından prezidentin şəxsi mühafizəçisi kartı asılıb”.

“Report” xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin rəsmi saytı olan “akorda.kz” məlumat yayıb.

İnformasiyaya əsasən, Özbəkistan prezidenti Şavkat Miriyeyevi Qazaxıstan və Türkmənistana rəsmi səfərləri zamanı kiçik kürəkəni Otabek Şaxanov müşayiət edib.

“Elturz.com” saytının məlumatına görə, ölkə prezidenti kürəkənini təhlükəsizlik sistemində işə götürüb. Xəbərdə bildirilib ki, bu ilin yanvarında Otabek Şaxanıv Şavkat Mirziyeyevin təhlükəsizlik xidməti rəisinin birinci müavini təyin edilib.

Otabek Şaxanovun prezidentin təhlükəsizlik xidmətində yüksək vəzifəyə təyin edilməsi haqda rəsmi məlumat hələlik yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi