KİV: İran XİN başçısı Ağ Evə dəvət edilib

KİV: İran XİN başçısı Ağ Evə dəvət edilib İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin ABŞ prezidenti Donald Trampla görüşmək üçün iyul ayında Ağ Evə dəvət edildiyi bildirilib.
Region
3 Avqust , 2019 17:05
KİV: İran XİN başçısı Ağ Evə dəvət edilib

İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin ABŞ prezidenti Donald Trampla görüşmək üçün iyul ayında Ağ Evə dəvət edildiyi bildirilib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-da çıxan “New Yorker” jurnalı dərc edib.

Bildirilib ki, dəvət təklifi İran XİN başçısının cari ilin iyulunda BMT-nin tədbirində iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı D.Trampa yaxın olan Respublikaçılar Partiyasının üzvü, senator Rand Paul tərəfindən edilib.

Senator və müşaviri Duq Stafford iyulun 15-də İranın BMT-dəki daimi nümayəndəliyinin ofisində Məhəmmədcavadla görüşərək İranın nüvə proqramı, körfəzdəki vəziyyəti başda olmaqla Vaşinqton-Tehran arasındakı problemləri müzakirə ediblər. 

Rand Paul M.Zərifi bu məsələləri D.Trampa təqdim etmək üçün Ağ Evə dəvət edib. İranlı nazir isə bu görüşün nəticəsiz olacağını, sadəcə, foto çəkdirməklə yadda qalacağını vurğulayıb. O, belə bir görüşün keçirilməsi barədə qərarı təkbaşına verə bilməyəcəyinin və Tehranla məsləhətləşməyə ehtiyac olduğunu vurğulayıb. Tehran isə belə bir görüşün keçirilməsinə razılıq verməyib.

ABŞ prezidenti bu görüşlə bağlı əvvəlcədən məlumatlandırılıb.

Qeyd edək ki, ABŞ Məhəmmədcavad Zərifə sanksiya tətbiq edib.

Xatırladaq ki, iyunun 29-da ABŞ-ın Dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin Tehrana getməsi və İran xalqı ilə birbaşa danışıqlar aparmaq təklifini qəbul etmədiyini bildirib

Son xəbərlər

Orphus sistemi