​KİV: "Ermənistanın valyuta ehtiyatı tezliklə tükənəcək"

​KİV: "Ermənistanın valyuta ehtiyatı tezliklə tükənəcək" Ötən il bu rəqəm iki milyard dollar təşkil edib
Region
8 Aprel , 2015 12:03
​KİV: Ermənistanın valyuta ehtiyatı tezliklə tükənəcək

Bakı.8 aprel. REPORT.AZ/ Ermənistanın beynəlxalq valyuta ehtiyatı tezliklə tükənə bilər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı arayış dərc edib.

Xəbərdə bildirilib ki, bu il aprelin 1-dək valyuta ehtiyatı bir milyard 491 milyon dollar olub.

Məlumatda bildirilib ki, ötən il bu rəqəm iki milyard dollar təşkil edib. Bir həftə öncə isə Avropa İttifaqının Ermənistana verdiyi 500 milyon dollarlıq kreditin 300 milyon dolları da beynəlxalq valyuta ehtiyatına yönəldilib.

Ermənistan KİV-i vurğulayıb ki, bir ay ərzində beynəlxalq valyuta ehtiyatından 70 milyon dollar xərclənir: "Proses bu sürətlə gedərsə, o zaman yaxın aylarda valyuta ehtiyatı tamam tükənəcək".

Son xəbərlər

Orphus sistemi