KİV: Ermənistanın sabiq müdafiə naziri Rusiyanın hərbi ali məktəbinə rəhbərlik edə bilər

KİV: Ermənistanın sabiq müdafiə naziri Rusiyanın hərbi ali məktəbinə rəhbərlik edə bilər "Seyran Ohanyan Ermənistan siyasəti ilə vidalaşa və həmişəlik Rusiyaya köçə bilər"
Region
21 Aprel , 2017 14:34
KİV: Ermənistanın sabiq müdafiə naziri Rusiyanın hərbi ali məktəbinə rəhbərlik edə bilər

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan hazırda Rusiyadadır.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri yazıb.

"Orada baş tutan görüşlər nəticəsində Seyran Ohanyanın Ermənistan siyasəti ilə vidalaşa və həmişəlik Rusiyaya köçməsi mümkündür", - qəzet yazıb.

"Jamanak" qeyd edir ki, keçmiş nazir Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə əlaqələrini qoruyur: "Ohanyan Rusiyanın hərbi məktəblərindən birinə rəhbərlik edə bilər."

Son xəbərlər

Orphus sistemi