KİV: Ermənistan XİN-ə ölkənin BMT-dəki daimi nümayəndəsi rəhbərlik edəcək

KİV: Ermənistan XİN-ə ölkənin BMT-dəki daimi nümayəndəsi rəhbərlik edəcək Zöhrab Mnatsakanyan 2014-cü ildən bəri Ermənistanın BMT-dəki daimi nümayəndəsidir
Region
11 May , 2018 15:17
KİV: Ermənistan XİN-ə ölkənin BMT-dəki daimi nümayəndəsi rəhbərlik edəcək
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri vəzifəsinə ölkənin BMT-dəki daimi nümayəndəsi Zöhrab Mnatsakanyan təyin olunacaq.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a hökumətdəki mənbə məlumat verib.

52 yaşlı Z.Mnatsakanyan 1991-ci ildən Xarici İşlər Nazirliyində işləyir. O, 2002-2008-ci illərdə BMT-nin Cenevrə ofisində və digər beynəlxalq təşkilatlarda Ermənistanın daimi nümayəndəsi, Ermənistanın İsveçrədəki səfiri olub. 2008-2011-ci illərdə Ermənistanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsini icra edib.

2011-ci ildən 2014-cü ilədək Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsində çalışan Z.Mnatsakanyan 2014-cü ildən Ermənistanın BMT-dəki daimi nümayəndəsidir.

Qeyd edək ki, Ermənistanın hazırkı xarici işlər naziri Edvard Nalbandyan bu vəzifəni 2008-ci ildən bəri icra edir.

Son xəbərlər

Orphus sistemi