KİV: Erməni politoloq ölkəsinin Gürcüstandakı yeni səfiri təyin olunacaq

KİV: Erməni politoloq ölkəsinin Gürcüstandakı yeni səfiri təyin olunacaq Ermənistanın Tbilisidəki səfiri vəzifəsinə Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan təyin olunacaq
Region
30 May , 2017 15:31
KİV: Erməni politoloq ölkəsinin Gürcüstandakı yeni səfiri təyin olunacaq
Sputnik-Армения

Bakı. 30 may. REPORT.AZ/ Tezliklə Ermənistanın Gürcüstandakı yeni səfiri təyin olunacaq.

"Report" Ermənistanın "Jamanak" qəzetinə istinadən xəbər verir ki, bu vəzifəyə Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyanın təyin olunacağı gözlənilir.

"Seçki sonrası bölüşdürmədən sonra bir neçə namizəd qalıb. Onlar arasında parlamentin keçmiş vitse-spikeri Ermine Naqdalyanın da adı var", - qəzet yazıb.

Qeyd edək ki, hazırda Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyandır. O, bu vəzifəni 2014-cü ilin avqust ayından icra edir.

Son xəbərlər

Orphus sistemi