Bakı. 29 may. REPORT.AZ/ Ermənistan Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Vardan Arutyunyan istintaqdan yayınaraq müalicə adı ilə İspaniyaya qaçıb.
“Report” “Jamanak” qəzetinə istinadən xəbər verir ki, o, müalicə aldıqdan sonra Ermənistana qayıdacağını bildirib.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti “Norfolk” şirkətinin fəaliyyəti ilə bağlı bir sıra faktlar aşkarlayıb. Bi şirkətin faktiki sahibi isə Vardan Arutyunyan sayılır. Buna görə o, Milli Təhlükısizlik Xidmətinin apardığı istintaqına cəlb edilməlidir.
Yerli mətbuat yazıb ki, V.Arutyunyan istintaqdan yayınmaq üçün səhəttində problem yarandığını bəhanə edərək ölkədən qaçıb.