KİV: Dağıstanın başçısı postuna namizədlərin siyahısı Vladimir Putinə təqdim olunub

KİV: Dağıstanın başçısı postuna namizədlərin siyahısı Vladimir Putinə təqdim olunub Onlar arasında Rusiya Qvardiyası rəhbərinin birinci müavini Sergey Məlikov və Dağıstanın keçmiş başçısı Məhəmmədsalam Məhəmmədov da var
Region
30 Sentyabr , 2017 13:52
KİV: Dağıstanın başçısı postuna namizədlərin siyahısı Vladimir Putinə təqdim olunub
Wikipedia

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Muxtar Respublikası başçısı postuna bir neçə namizəd irəli sürülüb. 

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, namizədlərin siyahısı Rusiya prezidenti Vladimir Putinə təqdim olunub.

Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, namizədlər arasında Rusiya Qvardiyası rəhbərinin birinci müavini Sergey Məlikov və Dağıstanın keçmiş başçısı Məhəmmədsalam Məhəmmədovun da adı var. 

Qeyd edək ki, Dağıstanın başçısı Ramazan Abdulatipov bir neçə gün əvvəl ərizə yazaraq vəzifəsindən istefa verib. 

Son xəbərlər

Orphus sistemi