​Kerri Lavrov və Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib

​Kerri Lavrov və Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib Tərəflər Suriya, Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcəklər
Region
14 İyul , 2016 21:37
​Kerri Lavrov və Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib

Bakı. 14 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Rusiyaya səfər edib. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin rəhbərini qəbul edəcək.

Kremldə bildirilib ki, tərəflər Suriya, Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcəklər. Ertəsi gün Lavrov və Kerri arasında təkbətək danışıqlar keçiriləcək.

Amerika mətbuatının məlumatına görə, dövlət katibi Suriya üzrə bir sıra təşəbbüslər, xüsusən terrorizmlə mübarizənin əlaqələndirilməsi təklifi ilə Moskvaya gəlib.

Bu, Kerrinin 2015-ci ilin may ayından Rusiyaya Kerri dördüncü səfəridir. 

Son xəbərlər

Orphus sistemi