Bakı. 27 noyabr. REPORT.AZ/ İraqın türkmənlər yaşayan Kərkük şəhərində Osmanlı dövründə tikilmiş tarixi bazarda yanğın olub.
“Report” Türkiyənin “NTV” televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində bazardakı 400-dən çox iş yerinə ziyan dəyib.
Yanğının səbəbi hələlik məlum deyil.








