Kərkükdə İraq Türkmən Cəbhəsinin bürosuna və Mədəniyyət Mərkəzinə silahlı hücum olub

Kərkükdə İraq Türkmən Cəbhəsinin bürosuna və Mədəniyyət Mərkəzinə silahlı hücum olub Hücum nəticəsində itki və xəsarət alan olmasa da, binalara ziyan dəyib
Region
1456
28 Sentyabr , 2017 10:27
Kərkükdə İraq Türkmən Cəbhəsinin bürosuna və Mədəniyyət Mərkəzinə silahlı hücum olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Kərkükdə İraq Türkmən Cəbhəsi Kale bürosuna və təşkilatın Fazıl Antika Mədəniyyət Məkəzinə silahlı hücum olub.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, bunu Azadı Polis Mərkəzinin nümayəndəsi Nejdet Vindavi bildirib.

Onun sözlərinə görə, naməlum şəxs adı çəkilən qurumların yerləşdiyi binalara odlu silahdan atəş açıb. Hücum nəticəsində itki və xəsarət alan olmasa da, binalara ziyan dəyib.  

Son xəbərlər

Orphus sistemi