Keçmiş SSRİ-nin məşhur dissidenti vəfat edib

Keçmiş SSRİ-nin məşhur dissidenti vəfat edib Sovet dövrünün tanınmış dissidenti, hüquq müdafiəçisi, Rusiya Konstitusiyasının müəlliflərindən biri Sergey Kovalyov 91 yaşında vəfat edib.
Region
301
9 Avqust , 2021 11:17
Keçmiş SSRİ-nin məşhur dissidenti vəfat edib
Sergey Kovalyov

Sovet dövrünün tanınmış dissidenti, hüquq müdafiəçisi, Rusiya Konstitusiyasının müəlliflərindən biri Sergey Kovalyov 91 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bunu onun oğlu İvan Kovalyov feysbuk səhifəsində yazıb.

“Atam avqustun 9-da səhər tezdən vəfat edib”, - o bildirib.

Qeyd edək ki, Sergey Adamoviç Kovalyov 1930-cu il martın 2-də Ukraynanın Sum vilayətinin Seredina-Buda rayonunda anadan olub. O, keçmiş SSRİ-nin tanınmış siyasi dissidenti, insan hüquqları hərəkatının fəal iştirakçısı olub. Rusiyanın tanınmış ictimai-siyasi xadimlərindən biri idi.

S.Kovalyov “Memorial” İnsan Hüquqları Cəmiyyətinin sədri, Rusiya “İnsan Hüquqları İnstitutu” təşkilatının prezidenti olub.

Xatırladaq ki, o, 2002-ci il fevralın 21-də Bakıda səfərdə olarkən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşüb. S.Kovalyov Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi prosesi və Ermənistanın təcavüzü nəticəsində ev-eşiyindən didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması barədə həmkarlarının məlumatını dinləyərək, bildirmişdi ki, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, təəssüf ki, o qədər də qüsursuz deyil: “Dövlət Duması mənə səlahiyyət verməsə də, haqq qazandırmağa çalışmayacağam və yalnız üzrxahlıq edə bilərəm”.

Son xəbərlər

Orphus sistemi