Keçmiş dissident Ermənistan hökumətini etinasızlıqda günahlandırır

Keçmiş dissident Ermənistan hökumətini etinasızlıqda günahlandırır Ermənistanın baş naziri Nikol Paşinyan və səhiyyə naziri Arsen Torosyanın koronavirus təhlükəsinə qarşı etinasız yanaşması məni təəccübləndirdi.
Region
1 Aprel , 2020 19:07
Keçmiş dissident Ermənistan hökumətini etinasızlıqda günahlandırır

"Ermənistanın baş naziri Nikol Paşinyan və səhiyyə naziri Arsen Torosyanın koronavirus təhlükəsinə qarşı etinasız yanaşması məni təəccübləndirdi".

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan “Milli Özünütəyin” birliyinin lideri, sovet hakimiyyəti dövrünün məşhur dissidenti, prezidentliyə sabiq namizəd Paryur Ayrikyan aprelin 1-də jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi