Kazanda azərbaycanlı iş adamı intihar edib

Kazanda azərbaycanlı iş adamı intihar edib Zaqatala. 10 dekabr. REPORT.AZ/ Rusiyada azərbaycanlı iş adamı intihar edib.
Region
154
10 Dekabr , 2018 22:17
Kazanda azərbaycanlı iş adamı intihar edib

Zaqatala. 10 dekabr. REPORT.AZ/ Rusiyada azərbaycanlı iş adamı intihar edib.

"Report"un Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Yaxınlarının “Report”a verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi