Kaxa Kaladze yetərli səs toplamayıb, Tbilisiyə təkrar mer seçkisi keçiriləcək

Kaxa Kaladze yetərli səs toplamayıb, Tbilisiyə təkrar mer seçkisi keçiriləcək Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769 məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.
Region
4 Oktyabr , 2021 16:19
Kaxa Kaladze yetərli səs toplamayıb, Tbilisiyə təkrar mer seçkisi keçiriləcək
Kaxa Kaladze

Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769 məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,04 % səs əldə edib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96 %, “Gürcüstan naminə” partiyasının namizədi, keçmiş baş nazir Giorgi Qaxariya isə 9,36 % səs toplayıb.

Bununla mer seçkilərinin II mərhələsi qaçılmaz olub. Bu turda mübarizə K.Kaladze və N.Meliya arasında gedəcək. Səs çoxluğu qazanacaq namizəd mer seçiləcək.

Son xəbərlər

Orphus sistemi