Karakas metrosu fəaliyyətini qismən bərpa edib

Karakas metrosu fəaliyyətini qismən bərpa edib Venesuelanın Karakas şəhərində enerji böhranı səbəbindən fəaliyyəti dayanan metronun üç xəttində bu gün hərəkət bərpa edilib.
Region
29 Mart , 2019 18:44
Karakas metrosu fəaliyyətini qismən bərpa edib

Venesuelanın Karakas şəhərində enerji böhranı səbəbindən fəaliyyəti dayanan metronun üç xəttində bu gün hərəkət bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Metropolitenin 1-ci, 2-ci, 3-cü xətlərinin ticari xidmətlər göstərdiyini müştərilərimizin diqqətinə çatdırırıq”, - deyə paytaxt metrosunun “Twitter”dəki səhifəsində bildirilib.

Qeyd edək ki, Karakas metropoliteninin prezidenti Sesar Veqa bundan əvvəl sistemin yararlığına dair yoxlamalar apardıqlarını, xidmətə başlamaq üçün 90 faiz hazır olduqlarını açıqlamışdı.

Xatırladaq ki, martın 7, 9, 11 və 25-də Venesuelada elektrik enrjisinin verilişi dayanıb.

Son xəbərlər

Orphus sistemi