Kadırov: "Çeçenistandan olan batalyon Suriyadadır"

Kadırov: "Çeçenistandan olan batalyon Suriyadadır" "Bizim orada daha bir batalyonumuz var, onlar bir-birini əvəz edirlər"
Region
393
20 Aprel , 2017 01:52
Kadırov: Çeçenistandan olan batalyon Suriyadadır

Bakı. 20 aprel. REPORT.AZ/ Çeçenistanda formalaşdırılmış hərbi polis batalyonlarından biri hazırda Suriyadadır.

"Report" xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov RT telekanalına müsahibəsində bildirib.

"Bizim orada daha bir batalyonumuz var. Onlar bir-birini əvəz edirlər. İki-üç aydan bir əvəzlənəcəklər", - deyə o əlavə edib.

Bundan əvvəl 42-ci motoatıcı diviziyanın 71-ci motoatıcı alayının hərbi polis batalyonunun Hələbdə üç aylıq ezamiyyətdən sonra Çeçenistana qayıtdığı xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi