Jurnalist Camal Qaçıqçının qətlinə görə məhkəmə başlayır

Jurnalist Camal Qaçıqçının qətlinə görə məhkəmə başlayır Bakı. 3 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
Region
103
3 Yanvar , 2019 14:58
Jurnalist Camal Qaçıqçının qətlinə görə məhkəmə başlayır

Bakı. 3 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.

“Report” “Əl Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur. 

Həmçinin Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmələri barədə sorğu göndərdikləri, lakin cavab ala bilmədikləri də qeyd olunur.

Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi