İstanbulda terror törətmək istəyən 2 nəfər tutulub

İstanbulda terror törətmək istəyən 2 nəfər tutulub Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər saxlanılıb.
Region
1 İyul , 2021 11:48
İstanbulda terror törətmək istəyən 2 nəfər tutulub

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər saxlanılıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.

İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər.

Bildirilib ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar.

İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında Esenyurda fəaliyyət göstəriblər. Onlar İstanbulun 4 rayonunda 4 fərqli yerdə terror hücumu keçirməyi planlaşdırırmış.

2 nəfərin istintaqı davam edir.

Son xəbərlər

Orphus sistemi