İstanbulda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

İstanbulda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb İstanbulun Küçükcekmece rayonundakı dördmərtəbəli binada partlayış baş verib.
Region
17 noyabr 2023 12:58
İstanbulda partlayış olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində Küçükçekmece rayonunda dördmərtəbəli binada partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan 2-nin durumunun ağır olduğu qeyd olunub.

Məlumata görə, partlayış binanın zirzəmisində olub.

Hadisəyə səbəb kimi təbii qaz balonunun partlaması göstərilir.

Əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi