İstanbulda ikinci zəlzələ olub

İstanbulda ikinci zəlzələ olub Türkiyənin İstanbul şəhərində və ətrafında hiss edilən zəlzələ baş verib.
Region
17 Noyabr , 2021 23:52
İstanbulda ikinci zəlzələ olub

Türkiyənin İstanbul şəhərinin Düzcə rayonunda baş verən 5.3 bal gücündə birinci zəlzələ zamanı insan tələfatı olmayıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Faxrettin Koca özünün tviterdəki səhifəsində bildirib. Nazir qeyd edib ki, hadisə ilə əlaqədar təşviş keçirən 14 xəstəyə və xəsarət alan daha 5 nəfərə tibbi xidmət göstərilib. Hazırda bölgədə ümumilikdə 38 nəfərdən ibarət tibbi işçisi cəlb edilib.

Qeyd edək ki, Düzcə rayonunda 3,9 bal gücündə ikinci zəlzələ baş verib.

Bu barədə isə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:35-də qeydə alınıb. Zəlzələ ocağı 11,21 km dərinlikdə yerləşib. "Anadolu" agentliyi bildirib ki, zəlzələ zamanı təşviş keçirən sakinlər küçələrə çıxıblar.

16:53

Türkiyənin İstanbul şəhərinin Düzcə rayonunda 5.3 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Yeraltı təkan 13 km dərinlikdə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi