İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib

İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfirinin etimadnaməsini qəbul edib.
Region
11 Yanvar , 2023 15:37
İsrail Prezidenti Türkiyə səfirinin etimadnaməsini qəbul edib

İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.

İ.Herzoq iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və tarixi əlaqələri inkişaf etdirmək istiqamətindəki fəaliyyətində diplomata uğurlar arzulayıb:

“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram”, - İsrail Prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi