İşğal altındakı Mariupolda partlayışlar olub

İşğal altındakı Mariupolda partlayışlar olub Ukraynanın Donetsk vilayətinin işğal altındakı Mariupol şəhərində hava həyəcanı təbili zamanı partlayışlar olub.
Region
1 Fevral , 2023 01:27
İşğal altındakı Mariupolda partlayışlar olub

Ukraynanın Donetsk vilayətinin işğal altındakı Mariupol şəhərində hava həyəcanı təbili zamanı partlayışlar olub.

“Report” xəbər verir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andrüşşenko teleqramda yazıb.

“Güclü atışma səsləri bütün şəhərə yayılıb. Azı yeddi gur partlayışlar olub. Levoberejnı (rayon, şəhərin inzibati-ərazi vahidi – red.). Açıq-aşkar Vinoqradnoye və Pionerskoye kəndləri arasında zərbə idi. İşğalçıların HHM-lərinin aktiv fəaliyyətinə dair məlumatlar daxil olur. Təbliğatın (Rusiyanın – red.) qeyri-rəsmi qrupları standart “PUA hücumları” və “bütün hədəflər vurulub” barədə hesabat verirlər. Arzuolunanı həqiqət kimi təqdim edirlər. Gülümsəyirik və yaxşı “partlayış” xəbərlər gözləyirik”, - müşavir teleqramda qeyd edib.

Son xəbərlər

Orphus sistemi