Ermənistanın paytaxtı İrəvanın mərkəzində, hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası böyüyür.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, aksiya zamanı əhali ilə polis arasında toqquşma yaşanıb.
Aksiya davam edir, etirazçılar "Rədd ol, Paşinyan" kimi şüarlar səsləndirirlər.
17:16
İrəvanın mərkəzində, Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar hazırda Respublika meydanının bütün girişlərini bağlayırlar. Orada nəqliyyatın hərəkəti dayandırılıb. Aksiyada 500-ə yaxın insan iştirak edir. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər.