İrəvanda müxalifət diplomatların olduğu restoranı mühasirəyə alıb

İrəvanda müxalifət diplomatların olduğu restoranı mühasirəyə alıb İrəvanın mərkəzində xarici diplomatların nahar etdiyi restoran bir müddət millət vəkili Hayk Mamicanyanın rəhbərlik etdiyi müxalifətçilər tərəfindən mühasirəyə alınıb.
Region
128
4 May , 2022 15:29
İrəvanda müxalifət diplomatların olduğu restoranı mühasirəyə alıb

İrəvanın mərkəzində xarici diplomatların nahar etdiyi restoran bir müddət millət vəkili Hayk Mamicanyanın rəhbərlik etdiyi müxalifətçilər tərəfindən mühasirəyə alınıb.

“Report” xəbər verir ki, bu aksiya yerli portallar tərəfindən canlı yayımlanıb.

“İndi bizə dedilər ki, bu restoranda Avropa İttifaqı səfiri Andrea Viktorin və müxtəlif üzv ölkələrin səfirləri nahar edirlər. Əlbəttə ki, onlara nuş olsun, amma məgər onlar Ermənistandakı vəziyyəti görmürlər? Etirazçılarla polisin necə davrandığını, onları hansı üsullarla saxladıqlarını görmürlər? Ölkəmizdə demokratiyanın başına gətirilənlərə diqqət etmirlər?” – H.Mamicanyanın bu sözlərindən sonra bəzi etirazçılar restorana girmək istəsələr də, polis qarşılarını kəsib. Bir neçə dəqiqə sonra müxalifətçilər paytaxtın mərkəzində yürüşə davam ediblər.

Müxalifət İrəvanın mərkəzindəki Fransa meydanında böyük mitinq təşkil etməyə hazırlaşır. Demək olar ki, eyni vaxtda respublikanın baş naziri Nikol Paşinyan Fransa meydanının yaxınlığında yerləşən parlamentdə çıxış edəcək. Bununla bağlı polis parlament ətrafında təhlükəsizlik tədbirlərini gücləndirir.

Son xəbərlər

Orphus sistemi