İraqın şimalında 9 PKK terrorçusu məhv edildi

İraqın şimalında 9 PKK terrorçusu məhv edildi Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı RKK terror təşkilatının 9 hərbçisini zərərsizləşdirdi.
Region
607
16 Avqust , 2020 03:40
İraqın şimalında 9 PKK terrorçusu məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının 9 hərbçisini zərərsizləşdirdi.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, hava əməliyyatı Haftanin, Zap və Avaşin bölgələrində aparılıb.

Son 10 gündə İraqın şimalında 143 PKK terrorçusu məhv edilib.

Qeyd edilib ki, Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı əməliyyatlarını bölgədəki son PKK terrorçusunun məhvinə qədər davam edəcək.

Orphus sistemi