İraqın baş naziri Tehrana səfər edəcək

İraqın baş naziri Tehrana səfər edəcək Qeyd edək ki, Mustafa əl –Kazıminin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri təxirə salınıb.
Region
432
20 İyul , 2020 15:16
İraqın baş naziri Tehrana səfər edəcək
Mustafa əl-Kazımi

İraqın baş naziri Mustafa əl-Kazımi iyulun 21-də Tehrana səfər edəcək.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Sahhaf bildirib.

Onun sözlərinə görə, baş nazirin İrana planlaşdırdığı səfər təxirə salınmayacaq. Mustafa əl-Kazımi iyulun 21-də İrana səfəri çərçivəsində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei və başqa rəsmilərlə görüşəcək.

Qeyd edək ki, Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi